Cem Yılmaz Fəxri Xiyabanda

  • 18.11.2019
  • 0

Türkiyənin məşhur stəndapçısı Cem Yılmaz Fəxri xiyabanı və Şəhidlər xiyabanındakı Türk şəhidliyini ziyarət edib.

Publika.az xəbər verir ki, noyabrın 16-17-də Bakıda səfərdə olan Cem Yılmaz konsert proqramından sonra Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, onların məzarı üzərinə gül dəstələri qoyub.

Aktyor daha sonra Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Nə düşünürsən?