Qoz ağacına çıxdı, yıxılaraq öldü

  • 17.11.2019
  • 0

Zaqatalada 52 yaşlı kişi ağacdan yıxılaraq ölüb.


APA TV-nin məlumatına görə, noyabrın 16-ı  saat 12:00 radələrində rayonun Əliabad qəsəbə sakini, 1967-ci il təvəllüdlü Əyyub Hizbulla oğlu Bayramov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun yaşadığı kəndin ərazisində qoz ağacından yıxılaraq ağır xəsarətlər aldığı müəyyən edilib. Xəstəxananın Reanimasiya şöbəsində müalicə alan  Ə.Bayramov saat 16:00 radələrində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?