Albert Aqarunovun heykəli

  • 16.11.2019
  • 0

Albert Aqarunovun heykəli


Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış bu heykəlin açılış mərasimi 15 noyabr 2019-cu ildə olub.


açılış mərasimində Albert Aqarunovun ailə üzvləri, Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, İsrailin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları iştirak ediblər.


Qeyd edək ki, Albert Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb. Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri - Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir.


Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib. Abidənin hazırlanması ilə bağlı təkliflər bir il müddətində davam edib. Ömər Eldarov hazırlanan 4 eskizdən birini seçib. Bu ilin aprel ayından isə abidənin hazırlanmasının icrasına başlanılıb. Heykəlin hazırlanması üçün 40 min manat ayrılıb və bu məbləğ materialların alınmasına xərclənib. Müəlliflər isə zəhmət haqqı almadan təmənnasız işləyiblər.


Xatırladım ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.


Bu il şəhidin 50 illik yubileyidir.


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library

Cicada KIller NEW 2:06 Coyote Hearing Sinematik | Karanlık

Stranger Danger 1:53 Francis Preve Dans ve Elektronik | Dramatik

Nə düşünürsən?