Gəncədə ər arvadını öldürdü

  • 16.11.2019
  • 0

Gəncədə ailə münaqişəsi zəminində qətl törədilib. 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə  şəhərin Zülfi Hacıyev küçəsində  qeydə alınıb. 

24 yaşlı Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində həyat yoldaşı, Salyan rayon sakini, 33 yaşlı Zaur Orucov bıçaqlayıb. 

İlkin məlumata görə, Zaur Nuranə Orucovanın yaşadığı mənzilə yataq otağının pəncərəsindən daxil olub. O, boşanmaq istəyən arvadına 8 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Zaur Orucov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanıb.

Nə düşünürsən?