Jurnalistlər XİN-nin qarşısına toplaşdı: Ermənilərin səfərinə etiraz

  • 16.11.2019
  • 0

Bu gün Azad Jurnalistlər Birliyinin bir qrup üzvü erməni jurnalistlərinin Azərbaycana gəlişinə etiraz olaraq Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. 

Cebhe.info xəbər verir ki, jurnalistlər “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, “Şəhid anaları bizi qınayır!”, “Ermənilər Bakını dərkal tərk etsin!”, “Qarabağa azadlıq!” kimi şüarlar səsləndiriblər. XİN-nin nümayəndəsi aksiya iştirakçılarını qəbul edərək, bu gün qeyri-iş günü olduğu üçün bazar ertəsi rəhbərlik tərəfindən onların şikayətlərinə baxılacağını bildirib. Sonda etirazçılar Azərbaycan bayrağı altında dövlət himnini səsləndirib.

Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, könüllük əsasında fəaliyyət göstərən ictimai-yaradıcı təşkilatdır. O, 1000-dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000 yaxın jurnalisti öz sıralarında birləşdirir. 

Məlumat üçün bildirək ki, noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 erməni jurnalistindən ibarət qrup gələcək. “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev məlumatı təsdiqləyib. Eyni zamanda noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Nə düşünürsən?