ŞOK! Bakıda məşhur müğənninin qohumu küçəyə atıldı

  • 16.11.2019
  • 0

Ötən axşam Bakıda Yasamal rayonu ərazisində yaşlı qadın oğlu tərəfindən küçəyə atılıb. Femida.az-ın əməkdaşı təsadüfən hadisə yerindən keçərkən ətrafdakı insanların yaşlı qadının başına toplaşdığını görüb. Adının Mehdiyeva Sima olduğunu deyən qadın oğlu tərəfindən evdən qovulduğunu bildirib: “Oğlum mənə bildirdi ki, bu evdə ya sən qalacaqsan, ya mən. Mənə qarşı nalayiq ifadələr işlətdi və dedi ki, ağzımı açsam pis açacam. Özü işləmir, arvadı işə getmişdi. Səhər oyanıb mənə dedi ki, “sən çox zəhləmizi tökəcəksən hələ? Əşyalarını topla, rədd ol bu evdən”. Heç nə götürə bilmədim. İki dənə lazımlı sumka götürüb çıxdım”. Qadına yardım etmək və evsizlər üçün sığınacaqda gecələməsi üçün dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qaynar xəttə məlumat verdikdən sonra ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Emil Cavadov bildirdi ki, qısa müddətdə məsələ həll olunacaq və qadın heç bir halda küçədə qalmayacaq. Operativ reaksiya nəticəsində Zabratda yerləşən kimsəsizlər üçün sığınacağın rəhbəri Anar İbrahimov əlaqə saxladı və qadını qəbul etməyə hazır olduqlarını bildirdilər. Daha sonra hadisə yerinə Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları gəldi. Hadisənin təfərrüatlarını öyrəndikdən sonra dərhal qadına kömək etmək üçün avtomobil çağırıldı. Polis əməkdaşı məlumat verdi ki, qadın bölməyə aparılacaq və ondan ərizə alınacaq. Daha sonra istəyinə uyğun ya evinə, ya da sosial sığınacağa yerləşdiriləcək.


Mətbuatda müəllimənin oğlu tərəfindən küçəyə atılması barədə məlumat yayılıb. Oxu24.com xəbər verir ki, Femida.az saytı yayımladığı yazıda ötən axşam Bakıda Yasamal rayonu ərazisində yaşlı qadının oğlu tərəfindən küçəyə atıldığını qeyd edib. Hadisə ilə bağlı oxu24.com saytı sensasion məlumat əldə edib. Məlumata görə, küçəyə atılan şəxs Mehdiyeva İsma Yaqub qızı Cənubi Azərbaycandan olan müğənni Ququşun xalası qızıdır. Küçəyə atılan qadın uzun müddət rus dili müəlliməsi olub. Onun Şəmkir rayonundan olduğu müəyyənləşib. Qadının başına gələnlərlə bağlı videonu təqdim edirik:

Nə düşünürsən?