Fransada yağan güclü qar 300 min evi elektriksiz qoydu

  • 16.11.2019
  • 0

Fransanın cənub-şərqində yağan güclü qar azı 300 min evi elektriksiz qoyub.

BFMTV telekanalı xəbər verir ki, elektrik təchizatında kəsintilərin əsas səbəbi qarın ağırlığına tab gətirməyən ağacların aşaraq naqilləri qırmasıdır. İzer departamentində yıxılan ağac sürücünün həyatına son qoyub.

Enedis elektrik təchizatı şirkətinin nümayəndəsi telekanala bildirib ki, qar Drom, Rona, Ardeş və İzer departamentlərində elektriklə bağlı vəziyyətə daha çox təsir göstərib.

Noyabrın 14-də regionun yeddi departamentində güclü qar və buzlama səbəbindən narıncı təhlükə səviyyəsi elan olunub./azərtac

Nə düşünürsən?