Fransada qatar məktəb avtobusuna çırpıldı: Ölənlər var

  • 14.12.2017
  • 0

Fransanın cənubunda sürət qatarı məktəb avtobusu ilə toqquşub. Oxu.Az-ın “Nice-matin” nəşrinə istinadən məlumatına görə, qəza Los Palaus qəsəbəsində dəmir yolu keçidində baş verib. Hadisə nəticəsində dörd uşaq ölüb, daha 12 nəfər isə yaralanıb. Bildirilir ki, ölən və yaralananların 13-17 yaş arasında məktəblilərdir. Hadisə yerində xilasedicilər işləyirlər.

Nə düşünürsən?