Jalüzdən istifadə edən sürücülərin nəzərinə!

  • 15.11.2019
  • 43 baxış
  • 0

Jalüzdən istifadə edən sürücülərin nəzərinə: Bu halda cərimələnəcəksiniz!

Noyabrın 16-dan avtomobildə jalüz və pərdələrə icazə başa çatır.

Oxu.Az -ın məlumatına görə, isti hava şəraiti nəzərə alınaraq, avtomobillərdə yalnız standart pərdə və jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-ə qədər icazə verilir.

Noyabr ayının 16-dan isə bu müddət başa çatır.

Qeyd edək ki, noyabr ayının 15-dən sonra sürücülər jalüz və “ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub

Nə düşünürsən?