Beyl azərbaycanlı tərcüməçiyə söz atdı

  • 15.11.2019
  • 0

"AVRO-2020"nin seçmə mərhələsində sabah Bakıda millimizlə qarşılaşacaq Uels yığmasının kapitanı Qaret Beylin bugünkü mətbuat konfransında maraqlı hadisə baş verib.

Fanat.Az sportinfo.az-a istinadən xəbər verir ki, ulduz futbolçu qarşılaşma ilə bağlı fikirlərini səsləndirərkən AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Orxan Əhmədov qəflətən onun yanında əyləşib. Federasiya rəsmisinin ani hərəkətindən diksinən "Real"ın yarımmüdafiəçisi buna maraqlı reaksiya verib və tərəflər arasında əyləncəli dialoq yaşanıb:

Qaret Beyl: Salam.

Orxan Əhmədov: Salam.

Q. B: Necəsiz? Hər şey qaydasındadır?

O. Ə: Hər şey yaxşıdır. Siz necəsiz?

Q. B: Təşəkkür edirəm. Bir az gec gəlməmisiz?!

Onların bu dialoqu və Beylin son sualı zalda əyləşən media nümayəndələrinin gülüşünə səbəb olub. Qeyd edək ki, tərcüməçi xanım mətbuat konfransında düzgün tərcümə etmədiyinə və Beyli tanımadığına görə, Uels Futbol Federasiyasının mətbuat katibi onun uzaqlaşdırılmasını istəyib. Bundan sonra AFFA tərcümə üçün Orxan Əhmədovu çağırıb.

Nə düşünürsən?