UEFA nümayəndəsi azərbaycanlı tərcüməçini konfransdan çıxardı

  • 15.11.2019
  • 0

Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin az öncə başa çatan mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az-ın "Bakcell Arena"da olan əməkdaşının verdiyi məlumata görə, azərbaycanlı tərcüməçi UEFA nümayındəsi tərəfindən tədbirdən kənarlaşdırılıb. Buna səbəb Uelsin mətbuat xidməti rəhbərinin xahişi olub.

Belə ki, xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqların narazılığına səbəb olub. Üstəlik, onun dünyaca məşhur futbolçu Beyli tanımaması uelsli federasiya rəsmisini özündən çıxarıb.

Nəticədə o, UEFA nümayəndəsinə yaxınlaşaraq, xanımın Beylin fikirlərini tərcümə etməməsini istəyib və o, zalı tərk edib. Bundan sonra AFFA öz işçisini mətbuat konfransına göndərməli olub.

Nə düşünürsən?