Senatordan Türkiyəyə gözlənilməz jest

  • 15.11.2019
  • 0

Konqres üzvləri S-400-lə bağlı Türkiyəyə qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsinə izn verməməlidirlər.


Axar.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri respublikaçı Cim Riş deyib.


“ABŞ Ankara-Vaşinqton əlaqələrini zədələmək istəmir, amma S-400-ün satışı tamamlanmamalıdır”, – deyə o bildirib.


Qeyd edək ki, Cim Riş demokrat Bob Menendezlə birgə S-400-lərə görə Türkiyəyə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsini irəli sürmüşdü.


Riş, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki görüşünə qatılan 5 respublikaçı senatordan biri olmuşdu. Onunla bərabər görüşə qatılan Lindi Qrehem görüşdən dərhal sonra qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qanun layihəsinin qəbuluna veto qoymuşdu.

Nə düşünürsən?