Bu ölkədə ardıcıl 13 güclü zəlzələ oldu

  • 15.11.2019
  • 0

İndoneziyada son 12 saat ərzində 13 güclü zəlzələ baş verib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Jayolo şəhərində baş verən rixter cədvəli üzrə 7,1 bal gücündəki zəlzələdən sonra bölgədə daha 12 güclü yeraltı təkan qeydə alınıb. Gücü 5-6,1 bal arasında dəyişən yeraltı təkanların episentri Şimali Maluku və Şimali Sulavesi əyalətlərində yerləşib.

Xatırladaq ki, Jayolu şəhərində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilsə də, 2 saat sonra xəbərdarlıq ləğv edilib.Tələfata dair məlumat olmasa da, çox sayda tikilidə fəsadlar əmələ gəlib.

Nə düşünürsən?