Şumaxerin 2 qat dünya çempionu olan qızı italyanları özünə heyran etdi

  • 15.11.2019
  • 0

Əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer barəsində xəbərlər tez-tez rastımıza çıxır. 

"Formula-1" yarışının 7 qat çempionunun oğlu Mik Şumaxer "Formula-3" yarışından sonra daha çox tanınıb. Öz debüt çıxışında Şumaxer "Formula-1" yarışında ikinciliyə sahib olub. Bu dəfə isə diqqət mərkəzinə Şumxerin qızı düşüb. 

Offsideplus.az xəbər verir ki, Cina atasının şərəfinə atla şou təşkil edib. O Verona yarmarkası çərçivəsində qatıldığı yarışda geyimi ilə diqqət çəkib. Atasına məxsus "Ferrari"nin dəbilqəsi və kombinezonunu geyinən Cina atı da eyni cür bəzəyərək örtüyün üzərinə "atın gücü" ifadəsini yazdırıb:

"Mən İtaliyada həm də ailəmi təmsil edirdim. Ona görə də "Ferrari" geyimini seçmək məqsədli olub. Bu yarışa hazırlıq çox böyük güc və əmək tələb edirdi. Biz öhdəsindən gələ bildik".

Cina İdmanla aktiv məşğul olsa da, avtoidman növünə heç bir aidiyyatı yoxdur. At sürmə yarışlarında 2 dəfə dünya çemponu olub, bir dəfə isə Avropa kubokunu başı üzərinə qaldırıb.

Nə düşünürsən?