"Bol" marketdə kiflənmiş yoqurtlar satılır

  • 15.11.2019
  • 0

Marketlərdə köhnə məhsulların satışı ilə bağlı şikayətlərə tez-tez rast gəlirik. Vitrinlərdə istifadə müddəti bitmiş və istifadəyə yararsız məhsulların saxlanması müştəriləri daim narahat edən mövzu olub. Dəfələrlə müzakirə olunmasına baxmayaraq, bəzi marketlər bu "ənənələrinə" sadiq qalmağa davam edirlər. Müştərilər tərəfindən şikayət obyektinə çevrilən növbəti market "Bol"-dur.

Bununla bağlı XəzərXəbər saytına şikayət daxil olub. Vətəndaş şikayət edərək bildirib ki, marketdən alınan yoqurtun ağzını açdıqda kifləndiyini görüb:

"Düzdür, üzərindəki tarixə görə hələ istifadə müddəti bitməyib. Lakin, yoqurtun ağzını açdıqda kifləndiyini və yeyilməz vəziyyətdə olduğunu gördüm. Marketə qayıdıb məhsulu geri qaytarmaq istədikdə isə müştərini günahkar görürlər".

Məsələ ilə bağlı "Bol" marketin mövqeyini dərc etməyə hazırıq.

Nə düşünürsən?