Bakı qış mövsümünə keçir

  • 15.11.2019
  • 0

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2019-2020-ci illərin payız-qış istilik mövsümünə tam hazırdır.


APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ASC-nin sədr müavini İlham Mirzəliyev deyib. Qurum rəsmisi bildirib ki, istiliyin və isti suyun verilməsində fasilələr və digər problemlər yarandığı halda vətəndaşlar quruma müraciət etməkdən çəkinməsin: "Bəli, belə müraciətlər olur. Biz istəyərdik ki, belə müraciətlər dərhal olsun. Yəni vətəndaşlar problemin üstündən 5-10 gün keçəndən sonra müraciət etməsin. Bu gün temperatur zəifdirsə, bizə bildirsinlər. Bizim “956” qaynar və mərkəzi dispetçer xidmətimiz fasiləsiz fəaliyyət göstərir. Müraciət olunduqda biz həm problemi araşdırıb cavab verə, onun həll olunması istiqamətində tədbir görə bilərik ".


İlham Mirzəliyev istilik təchizatının təmin olunmasında yaranan fasilələrin komunal xidmətlərin fəaliyyəti ilə əlaqəli olduğunu qeyd edib: "Bu və ya digər səbəblərdən müəyyən saatlarda mənzillərdə temperatur düşə bilər. Ümumilikdə gün ərzində istiliyin zəif verilməsi problemi olmamalıdır və mümkün də deyil. Olsa da, biz onu dərhal aradan qaldırırıq. Arada elanlar verilir ki, hansısa əraizdə qaz təchizatı dayandırılıb, hardasa su və elektrik təchizatında fasilə yaranıb. Təbii ki, fasilə yarandığı halda, qazanxana dayandığı halda temperatur aşağı düşə bilər”.


Xatırladaq ki, paytaxda noyabrın 15-dən start veriləcək payız-qış istilik mövsümü, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən davam edir.

Nə düşünürsən?