Göldən tutulan balıq görənləri şoka saldı: Başında "mişar" var

  • 14.11.2019
  • 0

Oxu24.com oxuculara bir çoxları üçün bu gün sirli məlumat kimi qalan mişar balığı ilə bağlı maraqlı məlumatı təqdim  edir.


Mişar balığı  şirin  sularda  yaşayır. Uzunluğu 6 metr, çəkisi 180 kiloqramdır.

Dünya bu  balıqdan danışır. Mişar balığı nəsil  artırmaq  üçün cütləşməlidir. Amma ABŞ-da Florida ştatında ilk dəfə olaraq təbii şəraitdə erkəyə ehtiyac  olmadan nəsil artıran mişar balığı tapılıb. Akvarium şəraitində saxlanılan balığın nəsli tükənmək üzrədir. Amma təbii şəraitdə belə bir balığın olması olduqca qəribə haldır. Tək başına  artan balıqların yumurtalarından dünyaya gələnlər də dişilər olur.


Dişli balığın erkək olmadan bala verməsi dölənməmiş yumurtaların embriona çevrilməsi nəticəsində mümkün olur. Balıqlarla bağlı geniş bir araşdırma aparılır. Nəticələr  isə elmi jurnalda əksini tapıb.


 



Balığın xarici  görünüşü də olduqca  maraqlıdır. Baş hissəsində uzun mişar şəkildə çıxındı  mövcuddur. Bu hissəyə  görə onu mişar balığı adlandırırlar. Qeyri-adi balığın nəsli tükəndiyi üçün beynəlxalq qırmızı kitaba salınıb. Hazırda  Atlantik, Hindistan və Sakit okeanların sahil hissəsində, eləcə  də Aralıq dənizində yaşayır. Amerika  qitəsinin sahillərində yaşayan balıqlar  yayda cənubdan şimala, payızda şimaldan cənuba köç edirlər.