Röya- Hüsniyə qalmaqalı bitdi

  • 14.11.2019
  • 0

Xalq artisti Röya Ayxanla aparıcı Hüsniyə Məhərrəmova arasında davam edən soyuqluq bitib. “Qafqazinfo” xəbər verir ki,  müğənni üç il bundən əvvəl “5-ci element” proqramında yaranan söz davasından sonra  Hüsniyənin proqramında qonaq olub.

Röya “Bir Aztv” verilişinin çəkilişlərində iştirak edib. O, görüntülərini instaqram səhifəsində paylaşıb.

 

Xatırladaq ki,aparıcının “5-ci element” verilişində qonaq olan sənətçiyə ünvanladığı suallar qarşı tərəfi əsəbiləşdirib. Hüsniyə Röyanın eyni üslubda oxumağını tənqid etmişdi. Sənətçi isə sözügedən açıqlama ilə razılaşmamışdı.