Dəhşətli hadisə: Dərsdən qovulduğu üçün qrup yoldaşların güllələdi

  • 14.11.2019
  • 197 baxış
  • 0

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat kollecində atışma olub.

Oxu24.com -un  “REN TV”yə istinadən məlumatına görə, tələbələrdən biri kollec binasının üçüncü mərtəbəsində insanlara atəş açıb, sonra isə həyatına son qoyub.

Şahidlər beş dəfə atəş səsi eşidib. Onlardan üçü dəhlizdə, ikisi isə kabinetdə açılıb.

Hadisə nəticəsində atəş açan tələbənin özü və daha bir nəfər ölüb, üç nəfər yaralanıb.

İnsidentin təfərrüatları aydınlaşdırılır.  
Rusiyanın Blaqoveşensk şəhərində İnşaat kollecində tələbənin açdığı atəş nəticəsində zərərçəkənlərin sayı artıb.

Onların sayı 5-ə qalxıb. Daha əvvəl üç nəfərin yaralanması haqda xəbər verilmişdi - Yeqor S., Kasyan K., Vladislav R..

Atəşin dördüncü kurs tələbəsi tərəfindən açıldığı məlum olub.

Nə düşünürsən?