“Miqrantsız şəhər” reklamı qalmaqal yaratdı

  • 13.11.2019
  • 0

İsveçin cənubunda yerəşən Staffanstorp şəhər bələdiyyəsinin çəkdiyi miqrantsız şəhər reklamı müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, şəhərdəki həyatın təsvir olunduğu ağ-qara kadrlarla başlayan reklamda ana və qızının quldurların hücumuna məruz qaldığı, yaşadığı şəhərin problemlərindən qaçmaq üçün Staffanstorpa köçdüyü təsvir edilib.

Reklam “Təhlükəsizlik, yaşlılara qayğı və müəssisələrin həqiqətən işlədiyi, şəhər sakinlərinin fəxr etdiyi bələdiyyələr də var. Bütün qəlbimizlə sizi bağrımıza basırıq. Staffanstorp İsveçin qalan hissəsinin də olması gərəkdiyi kimi” fikirləri qeyd olunub.

Ölkənin müxalif partiyasının nümayəndələrindən Moa Berqolf reklamı uzun müddətdən sonra gördüyü “ən vəhşi şey” adlandırıb.

Bundan əlavə, media nümayəndələri reklamı nasist Almaniyası dövründə populyar olan ”Azad yerli sənət... Qan və torpaq” sözləri ilə müqayisə edərək, bunun nasist təbliğatından heç bir fərqi olmadığını söyləyiblər.

Qeyd edək ki, İsveçdə Lund və Malmö şəhərləri arasında yerləşən Staffanstorpda təxminən 15600 nəfər yaşayır.

Nə düşünürsən?