Türkiyə Azərbaycana 29 nəfər İŞİD-çi göndərir

  • 13.11.2019
  • 0

Türkiyədən deportasiya ediləcək əcnəbi İŞİD-çilərin sayı açıqlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkədən çıxarılacaq 959 əcnəbi İŞİD üzvündən 29 nəfəri Azərbaycan vətəndaşıdır. Deportasiya ediləcək İŞİD-çilərin arasında həmçinin terror təşkilatına sarsıdıcı zərbələr vuran ABŞ, uzaq Avstraliya, “planetin ən xoşbəxt ölkələri” sıralamasında ön yerləri tutan Danimarka, hətta qruplaşmanı özünün 1 nömrəli düşməni elan edən İrandan da insan var. Əcnəbilərdən cəmi 1 nəfərin vətəndaşlığı yoxdur. 2 nəfərin isə hansı ölkənin vətəndaşı olduğu müəyyən olunmayıb. 147 azyaşlı valideynlərini Suriyadakı döyüşlərdə itirib. İŞİD-çilər bu ayın sonuna kimi ölkələrinə göndəriləcək.