Serbiyada Belqrad derbisi zamanı dava düşüb: 19-dək azarkeş xəsarət alıb

  • 14.12.2017
  • 0

Futbol üzrə Serbiya çempionatının XII turunda "Partizan" və "Srvena Zvezda" komandaları arasındakı Belqrad derbisi zamanı 19-dək azarkeş müxtəlif dərəcəli zədə alıb. "Report"un "Sportski Jurnal"a istinadən verdiyi məlumata görə, fanatlardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Oyunun birinci hissəsində meydan sahiblərinin fanat sektorunda dava düşüb. Polislər 10-dan çox azarkeşi tribunadan qaçış cığırına sifətində döyülmə əlamətləri ilə və qurşaqdan yuxarı çılpaq vəziyyətdə çıxarıb. Zərərçəkənlərin rəqib komanda sektoruna hücum edən "Srvena Zvezda" fanatarı, yoxsa "Partizan" fanat qruplaşmaları arasındakı dava qurbanları olduğu bilinmir. Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Nə düşünürsən?