İrqçi şüarlar, gözyaşı və qırmızı vərəqə

  • 12.11.2019
  • 0

Ukrayna Premyer Liqasının 14-cü turunda keçirilmiş "Dinamo" - "Şaxtyor" oyununda irqçi şüarlar səslənib.


Offsideplus.az xəbər verir ki, oyun ərzində Kiyev klubunun azarkeşləri irqçi şüarlar səsləndirib. Matçın 74-cü dəqiqəsində Donetsk klubunun futbolçusu Taysonun hisslərini cilovlaya bilməyib. Braziliyalı yarımmüdafiəçi ona və komanda yoldaşı Dentinyoya qarşı səsləndirilən şüarlara sərt təpki verib. 31 yaşlı futbolçu qaydanı pozduğu epizoddan dərhal sonra fanatlara tərəf orta barmağını qaldırıb və topu onlara tərəf vurub.

O, bu hərəkətinə görə qırmızı vərəqə alıb. Tayson göz yaşları içində meydanı tərk edib.

Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Şaxtyor" "Dinamo" ilə xal fərqini 12-yə yüksəldib.

Nə düşünürsən?