Teatrda dəhşətli an: Aktyorlara silahlı hücum oldu

  • 12.11.2019
  • 0

Ər-Riyadın kral Abdalla parkında çıxış edən aktyorlara hücum nəticəsində 3 nəfər yaralanıb.

“Saudi Gazette” xəbər verir ki, bıçaqla hücum edən Yəmən vətəndaşı artıq həbs edilib.  


Teatr truppasının 2 kişi və 1 qadın üzvü onun qurbanı olublar. Yaralılar xəstəxanaya yerləşdirilib.