Rusiyada yol qəzası, 2 Azərbaycan vətəndaşı yaralandı

  • 12.11.2019
  • 0

Rusiyanın Xabarovsk şəhərinin Krasnoflotsk rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


“Qafqazinfo”nun “Quberniya” portalına istinadən məlumatına görə, Tryoxqornoya küçəsində “Lexus” markalı minik avtomobilinin “Nissan Atlas” yük maşını ilə toqquşması nəticəsində üç qadın xəsarət alıb.


Onlardan ikisi xəstəxanaya yerləşdirilib - birinə döş qəfəsinin sınığı, digərinə isə kəllə-beyin travması diaqnozu qoyulub. Hər iki qadının Azərbaycan vətəndaşı olduğu, lakin Xabarovskda yaşadığı bildirilir.

Nə düşünürsən?