Qadınlar üçün sürücülük məktəbi

  • 11.11.2019
  • 0

Noyabr ayının 10-dan etibarən artıq "Xatun" qadın sürücülük məktəbi fəaliyyətə başladı.

6 ildir ki, təlim şirkəti olaraq tanınan "Xatun" kursları indi isə məktəb kimi öz brendini tanıtmaqda davam edir. Yeni açılan sürücülük məktəbi isə bütün standartlara cavab verir, müasir avadanlıqlarla təchiz olunub və ilk qadın sürücülük məktəbidir.

Məktəb 2 istiqamətdə təlimlər keçirir. Həm nəzəri, həm də tibbi.

Sürücülük məktəbinin rəhbəri Xatun Fətəliyeva qeyd etdi: "Məktəb adını daşımaq ağır yükdü və biz bu yükü müvəffəqiyyətlə çiyinlərimizdə daşımaq üçün çalışacağıq".

Sürücülərin yol hərəkəti qaydalarına tam bələd olmalarıyla yanaşı onların ilk tibbi yardım biliklərinə yiyələnməsi də olduqca vacibdir. Qəzanın nə vaxt gələcəyi bəlli deyil. Bir sürücünün birinci borcu yol hərəkəti qaydalarına tam riayət etməkdirsə, ikinci borcu isə qəza baş verən zaman ilk tibbi yardımla özünü və ya yanındakı şəxlərin təhlükəsizliyini təmin etməkdir. Çox kiçik görsənən biliklər bəzən bir can qurtarmağa yardımçı olur. Bu səbəbdən də bu cür kursların əhəmiyyəti olduqca böyükdür.

Açılışda iştirak edən Dövlət Yol Polis idarəsinin mətbuat katibi Vaqif Əsədov da bu fikirdədir.

Qeyd edək ki, dərslər həftədə 3 dəfə olmaqla 2 saat keçirilir və 1 aylıq nəzərdə tutulub.

Ancaq təlimdə iştirak edənlərin tam peşəkar sürücü kimi formalaşmasından asılı olaraq kursun müddəti uzadıla da bilər. Məqsəd gələcəyə peşəkar sürücülər hazırlamaqdır.

Nə düşünürsən?