"Yuventus" "Milan"ı məğlub etdi

  • 11.11.2019
  • 0

"Yuventus" İtaliya A Seriyasında növbəti qələbəsini qazanıb.

Qol.az-ın xəbər verir ki, Turin klubu 12-ci turda evdə "Milan"a qalib gəlib. Meydan sahiblərinin qələbə qolunu 77-ci dəqiqədə Paulo Dibala vurub.

"Yuventus" - "Milan" - 1:0

Qol: Dibala, 77

Bu qələbə ilə xalını 32-ə yüksəldən Maurisio Sarrinin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 31 xalla 2-ci, "Latsio" 24 xalla 3-cüdür.