Bu yol piyadalar üçün təhlükəlidir

  • 10.11.2019
  • 0

Bu yolda nə piyada zolaqları, nə də ki, stop-xətt var. Sürücülər necə gəldi avtomobil idarə edir, əziyyəti isə piyadalar çəkməli olurlar.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev porpsketi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində olan yoldan gedır.

Vətəndaşların sözlərinə görə, yolda işlək işıqforların olmasına baxmayaraq, yerdə stop-xətt yoxdur. Bununla yanaşı yola piyada zolağı da çəkilməyib. Nəticədə sürücülər qırmızı işığın yanmasına baxmayaraq işıqforu keçib, yolun ortasında saxlayırlar.

Belə olan halda isə yolda həm tıxac yaranır, həm də piyadaların həyatı təhlükə qarşısında qalır.

Problemlə bağlı Abşeron rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirildi ki, adıçəkilən ünvanda müəyyən işlər görülüb. Yaxın günlərdə Heydər Əliyev prospektindən Mehdi Hüseynzadə küçəsi boyunca yola yeni asfalt örtüyü vurularaq, piyada zolaqları çəkiləcək. Bununla da həmin yolda problem aradan qaldırılacaq.

Nə düşünürsən?