Fədayə Laçının oğlu canlı yayımda Mətanəti ağlatdı

  • 10.11.2019
  • 0

Bir müddət əvvəl azadlığa çıxan müğənni Fədayə Laçın və oğlu - qəzəlxan Əlhəm Dəşti ATV-də yayımlanan "Ən yaxşısı" verilişində qonaq olub. 


Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Əlhəm Dəştiyə "Ananın yanında olmadığı bu 2 ildə hansı hissləri keçirdin?" sualını ünvanlayıb. 


Əlhəm Dəşti bu suala cavabında iki ildir yaşamadığını söyləyib: 


"Anam həbsdən çıxandan sonra onu qucaqladım və o an başa düşdüm ki, iki ildir yaşamıram. Mən bunun icmalını belə izah edə bilərəm. Yenidən dünyaya gəldim".


Aparıcı Mətanət Əliverdiyeva bu cavab qarşısında kövrəlib və göz yaşlarını saxlaya bilməyib.

Nə düşünürsən?