Azərbaycan hərbi xərclərini artırır

  • 09.11.2019
  • 0

Azərbaycanda hər il olduğu kimi gələn il də hərbi sahəyə ayrılan xərclər artırılacaq. Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə bu artımın 25 % həddində olacağı gözlənilir. Beləki növbəti ilin büdcəsinin bu ilin büdcəsindən 1,7 milyard manat çox olacağı proqnozlaşdırılır ki, bunun da 400 milyon manatı hərbi xərclərin artımına yönəldiləcək.

Hikmət Babaoğlunun sözlərinə görə Azərbaycanda hər il ordu quruculuğuna ayrılan xərclərin artırılmasının əsas səbəbi işğal faktoru ilə bağlıdır ki, aparılan siyasətin əsas məqsədi torpaqları azad etməkdir.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 3 milyard 856 milyon 600 min manatın yönəldiləcəyi gözlənilir.

Nə düşünürsən?