Narkobaron oğlunun qisası ağır oldu

  • 09.11.2019
  • 0

Meksikada narkobaron El Çaponun oğlunun həbsində iştirak edən polis inanılmaz qəddarlıqla qətlə yetirilib.

Axar.az xəbər verir ki, narkobaronun oğlu Ovidio Quzmanı həbs edən polisə qarşı Kulyakaqn şəhərində sui-təşkil edilib.

Məlumata görə, polis əməkdaşını 2 nəfər avtomobilində güllələyib. Polisin cəsədindən 150-dən artıq güllə çıxarılıb.

Xatırladaq ki, “Sinaloa” narkokartelinin lideri El Çaponun oğlunun 17 oktyabrda Kulyakaqnda saxlanılmasından sonra şəhərdə kartellə təhlükəsizlik orqanları arasında şiddətli atışmalar qeydə alınmışdı. Atışmaların daha da kəskin xarakter almasından sonra Meksika Prezidenti Andres Manuel Lopez Obrador şəhərin təhlükəsizliyini təmin etmək üçün El Çaponun oğlu Ovidio Quzmanı azadlığa buraxmışdı.

Nə düşünürsən?