Şadlıq sarayları cərimə edildi

  • 08.11.2019
  • 0

Havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.


APA TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmisi Vüqar Kərimov ən çox pozuntunun Bakının Nizami rayonunda qeydə alındığını deyib. Çünki həmin ərazidə şadlıq saraylarının sayı çoxdur: “Xəbərdarlıq da olunub, cərimələnənlər, hüquq-mühafizə orqanlarına tədbir görülməsi üçün təqdim olunanları da var. Yəni bu sahədə mütləq vacibdir ki, artıq işin ciddiliyini qəbul etsinlər və o sahəyə diqqətlərini artırsınlar”.


Departament direktoru həmin iaşə obyektlərinin siyahısını açıqlayıb.


Xatırladaq ki, ETSN Dövlət Bayrağı günü ilə əlaqədar noyabrın 9-da Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” marafon keçirəcək.

Nə düşünürsən?