Gəncədə "Bayraq yürüşü" keçirildi

  • 08.11.2019
  • 0

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Gəncədə "Bayraq yürüşü" keçirilib.

APA TV-nin qərb bürosunun məlumatına görə, yürüş şəhərin baş meydanından başlayaraq Nizami Gəncəvi prospekti ilə Bayraq Meydanına kimi davam edib. 

50 metr uzunu, 4 metr eni olan bayraq prospekt boyunca hərbçilər tərəfindən gətirilib. Dövlət himni səsləndirildikdən sonra Dövlət Bayrağı Gününün tarixindən danışılıb. Sonda isə Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Filarmoniyası və xorunun musiqili nömrələri təqdim olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, hüquq-mühafizə orqanlarının və şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, tələbə və məktəblilər iştirak ediblər. 

Nə düşünürsən?