Azərbaycanda tanınmış şəxs vəfat etdi

  • 08.11.2019
  • 0

Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.


BiG.AZ bakupost.az-a istinadən xəbər verir ki, Psixiatrın həkim qızı, Hippokrat klinikasının rəhbəri Nigar Tağızadə bu gün vəfat edib.


1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.


Mərhumun 3 övladı var.


Xatırladaq ki, o, kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır.

Nə düşünürsən?