Azərbaycanın qonşu sərədində təhlükə: Xeyli sayda ölən var

  • 08.11.2019
  • 0

İranda baş verən iki güclü zəlzələ nəticəsində 10-a qədər insan həyatını itirib. 100-dən çox yaralı var.


Redaktor.az-ın İrna agentliyinə istinadən məlumatına görə, gecə saatlarında əvvəlcə Zəncan vilayətində rixter cədvəli üzrə 5,9 bal, ardınca isə Piranşəhrdə 4,3 bal gücündə yeraltı təkan qeydə alınıb.


Hər iki zəlzələnin episentri yerin 6 kilometr dərinliyində yerləşib. Çox sayda tikili sıradan çıxıb. Bölgəyə yüzlərlə xilasedici cəlb edilib.


Sakinlərə qəzalı vəziyyətdə olan evlərdən uzaq qalmaq tövsiyə edilib. Yeraltı təkanlar Gilan, Qərbi Azərbaycan, Ərdəbil,Təbriz o cümlədən Azərbaycanın cənub rayonlarında hiss edilib.