Baş nazir ona yüksək vəzifə verdi

  • 07.11.2019
  • 0

Baş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib.


“Qafqazinfo” xəbər verir ki, Ə. Əsədovun müvafiq sərəncamı ilə bu vəzifəyə Zakir Paşayev  gətirilib. Beləliklə də, Baş Nazirin köməkçilərinin sayı 3-ə çatıb. 


Xatırladaq ki, Ə. Əsədovun digər köməkçiləri Ələsgər Ələsgərov və Sabir Bayramovdur.


Bu arada bildirək ki, hazırda Nazirlər Kabinetinin Aparat rəhbəri, Hüquq şöbəsinin və Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri vəzifələrinə təyinat hələ baş tutmayıb. 

Nə düşünürsən?