Öz ad günündə Xalq artisti fəxri adını alan məşhur | Tünzalə Ağayeva kimdir?

  • 07.11.2019
  • 0

Tünzalə Ağayeva kimdir? | Öz ad günündə Xalq artisti oldu

“Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Tünzalə Ağayevaya Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı verilib.

Bəs Tünzalə Ağayevanın kim olduğunu bilirsinizmi? Buyurun, bu videoda Tünzalə Ağayeva ilə və onun fəaliyyətinin bir sıra diqqətçəkən məqamları ilə tanış olun.

Ağayeva Tünzalə Qabil qızı 21 oktyabr 1976-cı ildə Tovuzda anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirdikdən sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına Musiqi Texnikumunun fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. Hələ 12 yaşında ikən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Elə bu mahnı onun ilk albomuna da daxil edilib.

Tünzalə Ağayeva 2001-ci ildə gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi olub. Həmin vaxtdan etibarən o, estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcılıq fəaliyyəti ilə məşğuldur.

O, 2002-ci ildə Rusiya Federasiyasında keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalib gəlib. 2003-cü ildə isə Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.

2008-ci ildə tanınmış caz bəstəkarı, pianoçu və aranjimançı Cəmil Əmirovla birlikdə "Ölkəm" layihəsini həyata keçirib. Layihədə görkəmli bəstəkar Asəf Zeynallının "Ölkəm" romansı yeni aranjiman və yeni üslubda tamaşaçılara təqdim olunub.

2008-ci ildən Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.

2012-ci ildə "İrəli" İctimai Birliyinin dəstəyi ilə Tünzalə Ağayeva "Anam Azərbaycan" adlı vətənpərvərlik mövzusunda əsərlərindən ("Mən fəxr edirəm ki, azərbaycanlıyam", "Biz gəlirik", "İgidlər", "Şəhidim", "Bizim zaman") ibarət albomunu çıxarıb. Həmin albom uşaqlarda və gənclərdə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə uşaq bağçalarına, orta və ali təhsil müəssisələrinə paylanılıb.

Tünzalə Ağayeva 2012-ci ilin sentyabr ayında qardaş Türkiyədə “Avropa Qəzet işçilərinin dərnəyi” tərəfindən “İlin ən yaxşı sənətçisi” adına layiq görülüb.

O, karyerası ərzində bir sıra beynəlxalq musiqi festivallarında rəsmi qonaq qismində iştirak edib. Tünzalə Ağayeva “Azərbaycan Mədəniyyət Günləri” dövlət layihələri çərçivəsində Azərbaycanı xaricdə təmsil edib və gənc ifaçıların musiqi müsabiqələrində münsif kimi iştirakçı olub.

2012-ci ilin avqust ayında “Qızıl Aypara” beynəlxalq xeyriyyə təşkilatı üçün konsert verib. Qeyd edim ki, həmin konsert “Avrasiya” beynəlxalq araşdırma institutu tərəfindən dəstəklənmiş və İranda baş vermiş zəlzələdən əziyyət çəkən azərbaycanlılara kömək məqsədi daşıyırdı.

2012-ci ilin noyabr ayında Tünzalə Ağayeva Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Bakı Caz festivalında iştirak edərək, məşhur Azərbaycan dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə ilk simfo-caz konsertini verib.

2014-cü ilin əvvəlindən Türkiyənin TRT televiziyasının dəvətilə TRT Müzik kanalında "Bir sesin cazibesi" adlı musiqi proqramını hazırlayıb və aparıcılığını edib.

Tünzalə Ağayeva həm “Bakı-2015” Avropa Oyunlarının, həm də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səfirlərindən biri olub.

Bir dəfə ailəli olub və ayrılan müğənninin həmin evlilikdən bir qız övladı var.

 16 may 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adına, 21 oktyabr 2019-cu ildə isə - öz ad günündə Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına layiq görülüb.

TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw

TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829

Tövsiyə etdiyim videolarım:

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

Musiqi: YouTube Library Fonkee Ryde NEW 4:15 Noir Et Blanc Vie Rəqs & Elektron | Rəqs üçün

Nə düşünürsən?