Çindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu hərəkət edən ilk yük qatarı Türkiyədə

  • 07.11.2019
  • 0

Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan "China Railway Express” yük qatarının yola salınması mərasimi keçirilib. 

Xezerxeber.az-ın məlumatıan görə, Ankara dəmir yolu vağzalında keçirilən mərasimdə çıxış edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çinlə Türkiyə arasında yükdaşımaların müddətini 1 aydan 12 günə endirib. Nazir əlavə edib ki, yük qatarı Mərmərə dəmir yolu xəttini də keçərək yükləri Avropaya çatdıracaq. 

Türkiyəli nazir Mərmərə xəttinin də modern İpək yolu layihəsinə qoşulması ilə Uzaq Şərqlə Qərbi Avropa arasında qatarların hərəkəti müddətinin 18 günə düşdüyünü qeyd edib. Onun sözlərinə görə, Avropa ilə Asiya arasında 21 trilyon dollarlıq ticarət həcminin olması bu marşrutun əhəmiyyətini daha da artırır. Mehmet Cahit Turhan əlavə edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə səyləri ilə uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi polad relslər üzərində yükdaşımalarında yeni mərhələlinin başlanğıcı olub. "Təqribən 5 milyard insanın və 60 ölkənin istifadə edəcəyi İpək Dəmir Yolu Xətti qlobal ticarət əlaqələri üçün yeni və çox mühüm alternativə çevrildi”, -deyə nazir vurğulayıb.

Mərasimdə qeyd olunub ki, 42 iritonnajlı maşının daşıdığı yükə bərabər olan elektronika malları daşıyan 42 konteyner yerləşdirilmiş bu qatar 2 qitəni, 2 dənizi aşaraq 11 min 483 kilometrlik yolu 12 gündə qət edəcək. Onun son dayanacağı Praqa vağzalı olacaq.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də bu layihənin iştirakçı ölkələrə böyük iqtisadi dividentlər qazandıracağını deyib.

Tədbirdə həmçinin Türkiyə və Çin, ardınca Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan və Gürcüstan arasında növbəti əməkdaşlıq sənədləri imzalanıb.

İmzalanma mərasimi başa çatandan sonra Sian-Ankara marşrutu ilə hərəkət edən blok qatarı perona daxil olub. Təntənəli şəkildə qarşılanan qatar birbaşa İstanbula səmt alıb. "China Railvey Express" Mərmərə dənizaltı tunel dəmir yolundan keçməklə Çex Respublikasının paytaxtı Praqaya yola düşəcək.

Nə düşünürsən?