Bələdiyyə seçkilərinə qatılacaq partiyaların sayı artdı

  • 07.11.2019
  • 0

“Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 12-yə çatıb”.


APA TV-nin məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov məlumat verib. 


Vəhdət  Partiyasının dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 12-yə çatıb.


Komitə sədri həmçinin qeyd edib ki, keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib. 


14846 nəfər fərdi qaydada, 13524-u siyasi partiyalar tərəfindən, 40 nəfəri isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.


Bundan əlavə MSK sədri 17509 nəfərin imza vərəqəsini götürdüyünü, onlardan 2419 nəfərin imza vərəqəsini geri qaytardığını vurğulayıb. Bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi artıq qeydə alınıb.

Nə düşünürsən?