Kiyevdə terror aktı: Ölən və yaralananlar var

  • 07.11.2019
  • 0

Ukraynada naməlum motosikletçi "Mercedes" markalı avtomobilin damına partlayıcı qurğu atıb. FaktXeber.com-un MK-ya istinadla verdiyi məlumata görə, hadisə Jitomır-Kiyev magistral yolunda baş verib.

Bildirilir ki, partlayıcı işə düşərkən işıqfora görə dayanan digər avtomobillərə də ziyan dəyib.

Ukrayna mediasına görə, azı 1 nəfər həlak olub. Bunmdan başqa yaralananlar da var.

Polis və təcili yardım işçiləri hadisə yerində işləyirlər.

Nə düşünürsən?