"Sabah" afrikalı futbolçu ilə maraqlanır

  • 07.11.2019
  • 0

"Sabah" CAR millisinin sabiq üzvü Sipive Çabalala ilə maraqlanır.

Bu barədə  Cənubi Afrika mətbuatı yazıb. Bildirilir ki,  35 yaşlı oyunçunu transfer etmək istəyən klublar siyahısında Azərbaycan təmsilçisi də var. Hətta S.Çabalalanın "Kayzer Çifs"də sabiq komanda yoldaşı olan və hazırda "Sabah"ın şərəfini qoruyan Hendrik Ekşteyn onunla bu barədə danışıqlar apardığı vurğulanıb.

Hazırda azad agent olan afrikalı futbolçunun bir neçə klubla danışıqlar apardığı iddia olunub.  Ancaq onun 2 illik müqavilə tələbinin həmin klublarla anlaşmasına mane olan yeganə məqam olduğu yazılıb.

Qeyd edək ki, bu yay "Ərzurumspor"dan ayrılan Çabalala 2010-cu ildə dünya çempionatının açılış oyununda  CAR-ın heyətində Meksikanın qapısına qol vurub.

Nə düşünürsən?