Dünyanın diqqəti buradadır: ölənlərin sayı 300-ə çatdı

  • 07.11.2019
  • 0

İraqın paytaxtı Bağdadda baş verən nümayişlər daha da şiddətlənib.

Dünən axşam əvvəlcə güclü partlayış səsi eşidilib, sonra isə nümayişçilərin irəlilədiyi Şühəda körpüsü yaxınlığında silahlardan atəş açılıb.

Hökumət binaları və xarici nümayəndəliklərin olduğu Yaşıl Bölgəyə getmək istəyənlər Dəclə çayının üzərindəki körpülərdən keçməyə cəhd edirlər.

"Reuters” agentliyi son 24 saatda azı 13 nümayişçinin öldürüldüyünü bildirib. Bununla da aksiyalarda ölənlərin ümumi sayı 300-ə çatıb./publika.az

Nə düşünürsən?