Bakıda gecə baş vermiş bu hadisə kameraya düşüb:Polis onları axtarır

  • 07.11.2019
  • 0

Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən “Ailə” marketdən  səhər saat 5 radələrində oğurluq edilib. Bu oğurluq hadisəsi isə müşahidə kameralarının obyektinə tuş gəlib. 


Belə ki, görüntülərdən aydın olur ki, iki naməlum şəxs əvvəlcə mağazanın çöl qapısını çalışır. Müxtəlif alətlərdən istifadə edən şəxslər bu istəyinə nail olur. Sonra isə içəri daxil olaraq kassadan olan 850 manat pulu oğurlayıblar. 


Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Əl izləri götürülüb.


Odur ki, həmin şəxsləri tanıyanlar varsa Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.