"Dinamo" - "Şaxtyor" matçında 6 qol, 2 qırmızı vərəqə

  • 07.11.2019
  • 0

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo" ilə görüşdə məğlubiyyətdən uzatma dəqiqələrində vurduğu qollarla qurtulub.

C qrupu

 "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:3

Qollar: Bruno Petkoviç, 25. Luka İvanuşek, 83. Ariyan Ademi, 89 - Alan Patrik, 13. Junior Moraeş, 90+3. Tete, 90+8 (penalti ilə)

Qırmızı vərəqə: Nikola Moro, 74 - Marlos, 79

Nə düşünürsən?