Azərbaycanda istehlak kreditləri məhdudlaşdırılır

  • 06.11.2019
  • 0

İstehlak kreditlərinin verilməsində məhdudiyyətlər tətbiq olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yeni qaydalar hazırlayıb.

Palata bunu real sektora daha çox kredit cəlb edilməsini stimullaşdırmaq üçün həyata keçirir. Məqsəd bankların biznes kreditlərinə daha çox vəsait ayıra bilməsi üçün kreditlərlə bağlı bəzi qaydaların yumşaldılmasıdır.

Uzunmüddətli istehlak kreditləri ilə bağlı qaydalarda da dəyişiklik edilərək bu növ kreditlərin verilməsində artıq konkret məhdudlaşmalar tətbiq ediləcək.

Bundan başqa məsuliyyətli kreditləşmə və sağlam borclanma qaydalarında da dəyişiklik edilib. Yeniliklərə əsasən xüsusilə istehlak kreditləri üzrə risk dərəcələri artılırıb ki, bu da vətəndaşların həddən artıq borclanmasının qarşısını almağa xidmət edir. Daha bir dəyişiklik isə kreditləşmə sahəsindəki proseslərin beynəlxalq qaydalara uyğunlaşdırılmasıdır. Dəyişikliklər noyabrın 30-dan qüvvəyə minir.

Nə düşünürsən?