İran və Britaniya arasında gərginlik

  • 06.11.2019
  • 0

İslam respublikası "British Council"la əməkdaşlığı qadağan edib

İranda Britaniya Şurası (“British Council”) ilə əməkdaşlıq qadağan edilib.


Bu barədə noyabrın 5-də İran ETTELAAT-ı yəni xüsusi xidmət orqanı məlumat yayıb.


“İran Məhkəmə Sisteminin sözçüsü bir müddət əvvəl bildirib ki, Britaniya Şurası ilə istənilən əməkdaşlıq qadağandır və bu qərara məhəl qoymayanlar mühakimə olunacaq”, -deyə ETTELAAT bildirib.


Həmçinin bildirilib ki, Britaniya bu şura vasitəsi ilə şəbəklərə nüfuz edir.

Ekspertlər isə deyir ki, bir çox beynəlxalq qurumların, o cümlədən də British council-in İranda nümayəndəliyi ya bağlanıb, ya da ümumiyyətlə yoxdur.


Qeyd edək ki, bir müddət əvvəl Britaniya Şurasında işləyən İran vətəndaşı rəsmi Londonun xeyirinə casusluq etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum olunub.

Politoloq Zaur Məmmədov isə ümumiyyətlə İran-Qərb münasibətlərinə nəzər yetirib. O, Böyük Britaniya ilə İran arasında növbəti diplomatik qalmaqalın yaşanmasını onsuz da gərgin olan Britaniya-İran münasibətlərini daha da gərginləşdirəcəyini deyir.


Politoloq İran-Qərb münasibətlərində Səudiyyə Ərəbistanı faktorunu, eyni zamanda İsrailin coğrafiya ilə bağlı maraqlarını nəzərə almağın vacibliyini qeyd edir. O, İran-Qərb münasibətlərinə birtərəfli deyil, kompleks şəkildə, yəni həm geosiyasi, həm geoiqtisadi, tarixi və hətta dini, ayri-ayrı dini məshəblər arasında münasibətlərin təcəssümü kimi yanaşmağı tövsiyyə edir.

Nə düşünürsən?