Nazir müavini: “Azərbaycana gətirilən dərmanların…”

  • 06.11.2019
  • 0

"Bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmır. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidir”.

APA TV-nin məlumatına görə, bu sözləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev doğum evlərində valideynlərə uşaq qidalarının satılmasına münasibət bildirərkən deyib: "Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı ictimaiyyət də iştirak etməlidir".

Azərbaycana idxal olunan dərmanların qeydiyyat və gömrük prosedurunun sadələşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması nəzərdə tutulduğunu deyən nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: "Səhiyyə Nazirliyi ilə bərabər Dövlət Gömrük Komitəsi (DGK) də bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir. Düşünürəm ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq".

Qeyd edək ki, Baş Nazirin müavini Əli Əhmədov bir müddət əvvəl qeyd edib ki, ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir. Baş Nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.

Nə düşünürsən?