Sərxoş sərnişin metroda relslərin üstünə yıxıldı

  • 06.11.2019
  • 0

ABŞ-da axşam saatlarındafutbol matçından qayıdan sərxoş şəxs hərəkətdə olan qatarın qarşısına yıxılıb.

Bunu görən metrostansiyasının işçisi Con Konor dərhal irəli atılaraq həmin şəxsi yuxarı çəkib, platformaya qaldırıb və yaxınlaşan qatarın altında qalmaqdan xilas edib.

Onun bu hərəkətləri müşahidə kamerasına düşüb və sürətləinternet saytları, sosial şəbəkələrdə yayılıb. İstifadəçilər onu "qəhrəman” adlandırıblar.

"Vaxtında yetişməsəydim, qatar onu doğrayacaqdı, mən onun ölməyinə yol verə bilməzdim”, - deyə Konor bildirib.

Xilas olunan şəxs yerli xəstəxanaya aparılıb və həyati təhlükəsi yoxdur.

Nə düşünürsən?