4 bacı-qardaşın meyiti tapıldı

  • 06.11.2019
  • 0

İstanbulda bir evdə 2-si qadın olmaqla, 4 nəfərin meyiti tapılıb.

Hadisə Molla Gürhani məhəlləsində baş verib. Evdə yaşayanlarla əlaqə saxlamaq mümkün olmadığı üçün polisə məlumat verilib. Evə baxış zamanı içəridəki 4 nəfərin cəsədi aşkarlanıb.

İlkin ehtimala görə, bacı-qardaşlar psixoloji problemdən əziyyət çəkdikləri üçün birlikdə intihar ediblər.

Fakt araşdırılır./publika.az

Nə düşünürsən?