Riki Martinlə ərinin yaşadığı dəbdəbəli malikanə

  • 06.11.2019
  • 0

“Architectural Digest”in jurnalistləri müğənni Riki Martin və ailəsinin yaşadığı evdə olublar.

“Qafqazinfo”nun məlumatına görə, Riki Martinin hazırda yaşadığı evi 1953-cü ildə amerikalı memar Qreqori Eyn tərəfindən tikilib. Musiqiçi və onun ailəsi burada məskunlaşdığı vaxt Martin evin daxili interyerini yeniləmək üçün məşhur dizayner Neyt Berkusa müraciət edib.

Malikanənin yenilənən interyerinin dizaynında açıq tonlar və sadə xətlər üstünlük təşkil edir. Martin və onun həyat yoldaşı Jvan Yosef evi orijinal lapmalar, çox sayda ağ-qara foto, müasir və vintaj mebellə bəzəyib. Riki Martinin geniş evində qonaq otağı, panoram pəncərəli işıqlı nahar zonası, ikimərtəbəli çarpayılı rahat uşaq otağı, ağ yumşaq mebelli yataq otağı, eləcə də hovuz və şezloqnlu həyət yerləşir. Yaxın günlərdə musiqiçi oğulları üçün malikanəsinin ərazisində ağacda “yay evi” tikməyi planlaşdırır.

Qeyd edək ki, cütlüyün surroqat ana üsulu ilə dünyaya gələn 4 övladı var.

Nə düşünürsən?